Şəki qəzeti Sentyabr 2022 Flipbook PDF

Şəki qəzeti Sentyabr 2022

84 downloads 116 Views 9MB Size

Story Transcript

www.sheki-ih.gov.az AZƏRBAYCANIN MüSTƏQİLLİYİ ƏBƏDİDİR, SARSILMAZDIR, DöNMƏZDİR! İCTİMAİ-SİYASİ QƏZET 1920-Cİ İLDƏN NƏŞR OLUNUR SENTYABR 2022 № 18-19 (11662) Ş Ə K İ Ş Ə H Ə R İ CRA HAK İ M İ Y Y Ə T İ N İ N ORQANI BAYRAĞIMIZ QARABAĞDA ƏBƏDİ OLARAQ DALĞALANACAQ!


SENTYABR 2022 № 18-19 (11662) 2 ŞƏKİ XALQLA GÖRÜ Ş , XALQLA M Ə S L Ə H Ə T Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Aşağı Layısqı, Baş Kəldək, Qumux, İbrahimkənd, Aydınbulaq, Biləcik, Öryət və Şin kəndlərində qəbullar keçirib Səyyar qəbullarda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Aşağı Layısqı kəndində keçirilən qəbulda kənd sakinlərini salamlayan İcra başçısı Elxan Usubov Prezident cənab İlham Əliyevin cari ilin 2 sentyabr tarixində İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Forumda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı səsləndirdiyi bəzi fikirləri görüş iştirakçılarının diqqətinə çatdırıb, rayonda görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib. Kənd sakinləri Rakif Səmədov, Könül Mahmudova və başqaları çıxış edərək Aşağı Layısqı kəndinin “Mərdanlar” məhəlləsinin yolunun təmiri, yeni yaşayış massivində subarteziyan quyusunun qazılması, Aşağı Layısqı kəndinin qazlaşması, Aşağı Göynük uşaq bağçasının təmiri və sair məsələləri diqqətə çatdırıblar. Baş Kəldək kəndində keçirilən qəbulda kənd sakinlərini salamlayan İcra başçısı Elxan Usubov 44 günlük Vətən Müharibəsi nəticəsində qazanılmış tarixi Qələbədən bəhs etmiş, ölkəmizin sosial-iqtisadi inkişafını əks etdirən göstəricilərə nəzər salmış, rayonda görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat vermişdir. Kənd sakinləri Bəhərçin Nəbiyev, Vüqar Balammədov və başqaları çıxış edərək Şəki-Oğuz şossesindən Baş Kəldək kəndinə gələn 9 km yolun əsaslı təmirinə, kəndə təbii qazın verilməsinə köməklik göstərilməsini, ərazidə “Beynəlxalq bank”ın bankomatının və ödəniş terminalının quraşdırılmasını və sair məsələləri xahiş ediblər. Qumux kəndində keçirilən qəbulda kənd sakinləri Azər Aslanov, Teymur Məmmədliyev və başqaları çıxış edərək Qumux kənd tam orta məktəbinin yaxınlığındakı su kanalının təmir edilməsini, əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün artezian quyusunun qazılmasına köməklik göstərilməsini və sair məsələləri xahiş etmişlər. İbrahimkənddə keçirilən qəbulda kənd sakinləri Əli Səfərov, Nurməmməd Orucov və başqaları çıxış edərək kənddə poçt şöbəsinin açılması, elektrik xətlərinin və dirəklərinin yenilənməsi, kəndin ərazisində ödəniş aparatının qoyulmasına köməklik göstərilməsi və sair məsələləri xahiş ediblər. Aydınbulaq kəndində keçirilən qəbulda kənd sakinlərini salamlayan İcra başçısı Elxan Usubov avqustun 12-də Prezident cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qobustan, İsmayıllı və Ağsu rayonlarına səfərləri zamanı ölkə başçısının Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində verdiyi bəzi mesajları sakinlərin diqqətinə çatdırıb. Sonra İcra başçısı rayonda görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib. Kənd sakinləri Dilarə Vəlizadə, Azad Səfərov, Qiyamət Əzizova və başqaları çıxış edərək kəndə təbii qazın verilməsinə, uşaq bağçasının əsaslı təmirinə, Aydınbulaq kənd tibb məntəqəsi üçün yeni binanın tikilməsinə köməklik göstərilməsi və sair məsələləri xahiş etmişlər. Biləcik kəndində keçirilən qəbulda əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kənd sakinlərini salamlayan İcra başçısı Elxan Usubov sentyabrın 12-dən 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətməsindən danışıb, şəhidlərimizin qanının yerdə qalmadığını, Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində ermənilərin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu bütün hərbi təyinatlı obyektlərin, hərbi texnikalarım və canlı qüvvəsinin darmadağın edildiyini bildirib. Sonra kənd sakinləri Tariyel Məmmədov, Məmməd Mustafayev, Ehtibar Aslanov çıxış edərək kənddaxili yolların asfaltlaşması, kənd əhalisinin icməli su təchizatının yaxşılaşdırılması, telefon kabellərinin yenilənməsi, sürətli internetin verilməsi və sair məsələləri xahiş ediblər. öryət kəndində keçirilən qəbulda kənd sakinlərini salamlayan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinin keçirildiyini bildirib, sakinlərə Prezident İlham Əliyevin tədbirdəki çıxışından önəmli mesajlar çatdırıb. Sonra icra başçısı rayonda son dövrlərdə görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib. Kənd sakinləri Nazim Müslümov, Söhrab Abdullayev və başqaları öryət kəndinə gələn yolun 1,5 km hissəsinin əsaslı təmirinə köməklik göstərilməsi, yararsız elektirik dirəklərinin və xətlərinin dəyişdirilməsi, EATS quraşdırılmasına köməklik göstərilməsi və sair məsələləri xahiş ediblər. Şin kəndində keçirilən qəbulda kənd sakinlərini salamlayan İcra başçısı Elxan Usubov onlara Prezident cənab İlham Əliyevin sentyabrın 27-də Füzuli rayonuna səfəri zamanı etdiyi çıxışdan önəmli mesajlar çatdırıb. Sonra İcra başçısı rayonda son dövrlərdə görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib. Kənd sakinləri Novruz İsmayılov, Elnur Cəmilov, Qürbət Surxayev və başqaları Şin kəndində olan yararsız elektrik dirəklərinin dəyişdirilməsi, kənd tam orta məktəbinin elektrik enerjisi ilə təminatında olan problemin aradan qaldırılması, kənddə sel təhlükəsi olduğu üçün Şin çayında bənd çəkilməsi və sair məsələləri xahiş ediblər. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.


SENTYABR 2022 № 18-19 (11662) ŞƏKİ 3 Şəhid və qazi övladlarına məktəb ləvazimatları təqdim olunub Yeni tədris ilinin başlanması münasibətilə Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən şəhid və qazilərin məktəbli övladlarına forma və zəruri dərs ləvazimatları hədiyyə olunub. Bu münasibətlə sentyabrın 9-da Şəki Heydər Əliyev Mərkəzində şəhər rəhbərliyinin, şəhid və qazi övladlarının, valideynlərin, təhsil işçilərinin iştirakı ilə tədbir keçirilib. Tədbirin əvvəlində ərazi bütövlüyümüz uğrunda canlarından keçən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, dövlətin şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan söz açıb, şəhid və qazilərin məktəbli övladlarını yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. Bildirilib ki, 44 gün davam edən və düşmən tapdağı altında olan ərazilərimizin işğaldan azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, xalqımızın iftixar və qürur mənbəyinə çevrilib. Vətən uğrunda canlarından keçən şəhidlərin övladları xalqımıza əmanətdir və onların qayğısız böyümələri, təhsil almaları üçün dövlətimiz tərəfindən bütün tədbirlər görülür. Tədbirdə “Vətən naminə” İctimai Birliyinin Şəki təşkilatının rəhbəri, şəhid anası Gülnarə Mustafayeva, Vətən müharibəsi iştirakçısı, qazi Asif Məmmədəliyev, şəhər icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tural Məmmədov çıxış edərək, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, məktəblilərə yeni dərs ilində uğurlar diləyiblər. Şəki şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin xor kollektivinın çıxışından və şəhid övladlarına həsr olunan klipin nümayişindən sonra tədbirdə iştirak edən məktəblilərə hədiyyələr təqdim olunub. Sonda xatirə şəkli çəkdirilib. Komitə sədri Şəkidə vətəndaşları qəbul edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev sentyabrın 9-da Şəkidə vətəndaşları qəbul edib. Qəbulda Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşlar iştirak ediblər ki, onların da əksəriyyəti həmin ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərdir. Müraciətlərdə dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və Böyük qayıdışa hazırlıq məsələləri üstünlük təşkil edib. Prezident İlham Əliyevin məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirdiyi, Birinci vitseprezident xanım Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi qəbulda bir daha xatırladılıb. Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurd-yuvasına qayıdışının başlanması üçün verdiyi tapşırıqların icra vəziyyəti barədə vətəndaşlara məlumat verilib. Bildirilib ki, məcburi köçkünlər üçün yaşayış sahələri yalnız işğaldan azad edilmiş ərazilərdə inşa olunur və qarşıdakı illərdə bu sahədə işlər daha sürətləndiriləcəkdir. Mərhələli qaydada aparılacaq qayıdış zamanı, ilk növbədə, müvəqqəti məskunlaşma yerlərində ən ağır vəziyyətdə yaşayanlar yeni mənzillərə köçürüləcəklər. Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunub. Dövlət Komitəsinin sədri müraciətlərdə qaldırılan digər məsələlərin az müddətdə araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib. Şəki Dövlət Dram Teatrı yeni mövsümü “İntihar” tamaşası ilə açacaq Şəki Dövlət Dram Teatrı sentyabrın sonlarına təyin edilən yeni mövsümün açılış günündə teatrsevərlərə Xalq şairi, dramaturq Vaqif Səmədoğlunun “İntihar” əsəri əsasında səhnələşdirilmiş tamaşanı təqdim edəcək. Teatrın 2022-ci il repertuarına daxil edilən tamaşanın quruluşçu rejissoru Orxan Həmidli, quruluşçu rəssamı Nicat Məmmədovdur. Tamaşada rolları Əməkdar artistlər Əbülfət Salahov, Xanlar Həşimzadə, Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Brilyant Babayeva və başqaları ifa edəcəklər. Bu barədə teatrın ədəbi dram hissəsinin rəhbəri Lalə Məmmədova məlumat verib. Teatrın rəsmisi bildirib ki, hazırda bu sənət ocağında, eyni zamanda, müasir yazar Xaqani Əliyevin “Çələbi xana Qızılqaya xəyanəti” pyesinin tamaşaya qoyulması üçün hazırlıq prosesləri gedir.


SENTYABR 2022 № 18-19 (11662) 4 ŞƏKİ Sahibkarların iştirakı ilə Biznes Forum keçirilib Şəki Şəhər İcra Hakimiyyəti və “Caspian Energy Club”un birgə təşkilatçılığı ilə Şəki şəhərində B2G Forum keçirilib. Forum çərçivəsində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov “Caspian Energy Club”u təmsil edən şirkət rəhbərləri və nümayəndələri ilə görüşüb. B2G Forumda iqtisadiyyatın fərqli sahələrini təmsil edən 50- dən çox sahibkar iştirak edib. B2G Forumun iştirakçılarını salamlayan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qonaqlara Şəki rayonunun kənd təsərrüfatı və turizm potensialından danışıb. Elxan Usubov bildirib ki, Şəkidə iqtisadi inkişaf kənd təsərrüfatı və turizm olmaqla 2 prioritet istiqamətdə aparılır. O vurğulayıb ki, rayona özəl investisiya layihələrinin cəlb olunması bu sahələrin daha da inkişafına təkan verir. Daha sonra Şəkinin iqtisadi göstəriciləri barədə təqdimatla çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Elman İmamverdiyev hər il rayonda 66-68 min hektar sahədə taxıl əkildiyini və orta hesabla 200 min ton taxıl istehsal olunduğunu, rayonun iqtisadi inkişafına təsir göstərən tütün istehsalına görə respublikada birinci yerdə qərarlaşdığını, 2022- ci ildə 1250 hektar ərazidə tütün əkildiyini, bol məhsul proqnozlaşdırıldığını, həmçinin üzümçülüyün, heyvandarlığın, arıçılığın və bağçılığın inkişafı istiqamətində mühüm işlər aparıldığını qeyd edib. "Caspian Energy Club"ın İdarə heyətinin sədri Telman Əliyev bildirib ki, ölkəmizin digər şəhər və rayonlarında olduğu kimi Şəkidə də yerli və xarici investorlar üçün əlverişli biznes mühiti mövcuddur. Şəki rayonunda aqro turizm, ekoturizm, kənd turizmi və müxtəlif turizm sahələri inkişaf etmişdir. “Caspian Energy Club”un ŞəkiZaqatala iqtisadi rayonu üzrə nümayəndəliyinin rəhbəri eyni zamanda VITAM şirkətinin həmtəsisçisi və direktoru Tehran Əliyev Şəki şəhəri rəsmilərini və forum iştirakçılarını “Caspian Energy Club”un gələcək regional fəaliyyəti və planları haqqında məlumatlandırıb. Tehran Əliyev bu cür forumların və ikitərəfli görüşlərin mütəmadi olacağını vurğulayıb. Daha sonra Elxan Usubov B2G Forum iştirakçılarının təkliflərini dinləyib, suallarını cavablandırıb. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov “Caspian Energy Club” ailəsinə UNESCOnun yaradıcı şəhərlər siyahısına daxil edilmiş Şəki şəhərinin loqosu üzərində əks olunmuş medal hədiyyə edib. Sonda “Caspian Energy Club”un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev açıq və səmimi dialoqa görə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubova minnətdarlığını bildirib və “Caspian Energy Club”un fəxri üzvü sertifikatını ona təqdim edib. Tələbələr üçün yay liderlik düşərgəsi təşkil olunub Şəki Olimpiya İdman Kompleksində tələbələrin yay liderlik düşərgəsi başa çatıb. Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə “Əylənərək öyrənirik” devizi ilə avqustun 1-də startı verilən və 6 gün davam edən yay düşərgəsində respublikamızın müxtəlif ali məktəblərində təhsil alan və aktiv fəaliyyəti ilə seçilən 100 tələbə iştirak edib. Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə “Əylənərək öyrənirik” devizi ilə keçirilən yay düşərgəsində respublikamızın müxtəlif ali məktəblərində təhsil alan və aktiv fəaliyyəti ilə seçilən 100 tələbə iştirak edib. Yay liderlik düşərgəsinin birinci günü iştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Düşərgənin açılış mərasimində Milli Məclisin deputatları Vüqar İskəndərov, Müşfiq Cəfərov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli, Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov, həmçinin Olimpiya İdman Kompleksinin və Şəki Gənclər və İdman İdarəsinin rəhbərləri iştirak ediblər. Düşərgənin ikinci günü tələbələr Birinci Qarabağ və Vətən müharibəsi qaziləri ilə görüşüb, “Zamanın idarə olunması” mövzusunda təlimdə iştirak ediblər. Düşərgənin növbəti günlərində tələbələr Kiş kəndindəki qədim Alban məbədini, “GələrsənGörərsən” qalasını ziyarət ediblər. “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən Azərbaycan memarlığının şah əsərlərindən olan Şəki Xan Sarayı və inşa tarixi XVIII əsrin sonlarına aid edilən “Yuxarı Karvansaray” mehmanxana-kompleksi ilə tanışlıq yay liderlik düşərgəsi iştirakçılarının böyük marağına səbəb olub. Tələbələrin diqqətinə çatdırılıb ki, 2019-cu il iyulun 7-də Bakıda keçirilən UNESCO-nun ümumdünya İrs Komitəsinin 43- cü sessiyasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun ümumdünya İrs Siyahısına daxil edilib. Düşərgə müddətində, həmçinin Gənclər Təşkilatları Milli Şurasının sədri A.Əliyev, “ASAN Könüllüləri” Təşkilatının sədri E.Bayramova və “Böyük Qayıdış” Gənclər Təşkilatının direktoru N.Şükürovun iştirakı ilə “Gənclərlə iş sahəsində liderlik” mövzusunda panel müzakirələr aparılıb, tanınmış ifaçılarla görüşlər keçirilib.


SENTYABR 2022 № 18-19 (11662) ŞƏKİ 5 Yaralı hərbçilərə və onların ailələrinə baş çəkilib Sentyabrın 13-14-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatların qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaralanan hərbi qulluqçuları hazırda tibb müəssislərində müalicə olunurlar. Sentyabrın 23-də Şəki Şəhər İcra Hakimiyyətinin və YAP Şəki Təşkilatının nümayəndələri Bakı və Gəncə şəhərlərindəki tibb müəssislərində müalicə olunana yaralı hərbçilərə baş çəkərək, onlara maddi və mənəvi dəstək olublar. Həmçinin, yaralı hərbi qulluqçuların ailələrinə ərzaq yardımı olunub. Anım Günü ilə əlaqədar tədbirlər keçirilib Sentyabrın 27-də Anım Günü ilə əlaqədar Şəkidə Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilib. ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri, müharibə iştirakçıları və qazilər səhər saatlarında Şəhidlər Xiyabanını, daha sonra Şəhidlərin Xatirə Kompleksininin yerləşdiyi məzarlığı ziyarət ediblər, şəhid məzarları önünə gül dəstələri qoyub, şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Sonra Şəki Heydər Əliyev Mərkəzində Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş rəsmi anım tədbiri keçirilib. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Saat 12:00-da tədbir iştirakçıları Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı cənab Elxan Usubov ölkə başçısının Sərəncamı ilə hər il sentyabr ayının 27-nin Anım Günü kimi qeyd olunmasının şəhid ruhlarına, şəhidlərin doğmalarına böyük ehtiramın bariz nümunəsi olduğunu bildirib. İcra başçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbədən bəhs edib, ölkəmizdə, o cümlədən Şəki şəhərində şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan danışıb, şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin hər zaman uca tutulacağını və etiramla yad ediləcəyini vurğulayıb. Sonra tədbirdə Azərbaycan Televiziyasının hazırladığı, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında tarix yazan Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı qələbəsinə həsr olunmuş “Biz Qarabağı unutmadıq” adlı film nümayiş olunub. Qeyd edək ki, Anım Günü ilə əlaqədar kənd və qəsəbələrdə də tədbirlər keçirilib, Şəki şəhərində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası təşkil olunub, rayon ərazisində yaşayan şəhid, qazi ailələri ziyarət edilib, məscidlərdə şəhidlərin ruhuna dualar oxunub. Anım Günü ilə əlaqədar şəhərdə yerləşən ictimai binalardan və eyvanlardan Azərbaycan bayraqları asılıb. Şəhid ailələrinin üzvləri Talış və Suqovuşana səfər ediblər Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsi zamanı həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində torpaqlarımız düşmən tapdağından azad olunaraq ərazi bütövlüyümüz təmin olunub. Vətən müharibəsi zamanı aparılan hərbi əməliyyatlarda şəkililər da döyüşərək fədakarlıq və qəhrəmanlıq nümayiş etdirmişlər. Müharibədə Suqovuşan və Talış istiqamətində aparılan döyüşlərdə bizim də şəhidlərimiz olub. Avqustun 30-da Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinin yaxından dəstəyi ilə Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən həmin şəhidlərin valideynlərinin və ailə üzvlərinin Suqovuşan-Talış istiqamətində səfəri təşkil olunub. Səfər zamanı şəhid ailələrinin üzvləri həmin ərazilərdə olub, şəhidlərimizin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, hərbi hissədə əsgərlərlə birlikdə nahar ediblər.


Şəkili məzunlardan 781 nəfəri tələbə adını qazanıb Ali məktəblərə builki qəbul imtahanlarının nəticələri Şəki rayonunun məzunları üçün uğurlu olub. Belə ki, ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 1251 nəfər şəkili məzundan 781 nəfəri birinci turun nəticələrinə əsasən tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 163 nəfəri 500-700 arası, o cümlədən 51 nəfər 600 baldan yuxarı nəticə göstərib. Bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Şəki şəhəri üzrə Təhsil sektorunun baş məsləhətçisi Elxan Abdullayev məlumat verib. Qurum rəsmisinin məlumatına görə, qəbul imtahanlarında Şəki rayonu üzrə ən yüksək nəticəyə rayonun Baş Şabalıd kənd tam orta məktəbinin məzunu ümman Məmmədov nail olub – 685 bal. O, Bakı Ali Neft Məktəbinə daxil olub. Baş məsləhətçi bildirib ki, tədris ilinin yekunlarına görə, tam orta təhsil səviyyəsi üzrə məzunlardan 3 nəfəri qızıl nişanla təltif olunub, 60 nəfər isə fərqlənmə attestatı alıb. Qızıl nişana layiq görülən şəhər 11 nömrəli tam orta məktəbin məzunu İlkin Süleymanov qəbul imtahanlarında da yüksək nəticə göstərərək 670 bal toplayıb və Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanıb. Digər qızıl nişançılardan Şəki fizika-riyaziyyat və humanitar təmayüllü liseyin məzunu Sibel Əsgərova 645 balla Bakı Dövlət Universitetinə, şəhər 21 nömrəli tam orta məktəbin məzunu Orxan Məmmədov isə 572 balla Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olublar. SENTYABR 2022 № 18-19 (11662) 6 ŞƏKİ Şəhid Nihat Qasımov və Fərid Lətifov Şəkidə torpağa tapşırılıb Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan əsgər Qasımov Nihat Mehman oğlu sentyabrın 14-də doğulub boya-başa çatdığı Şəkinin Kiçik Dəhnə kəndində torpağa tapşırılıb. Şəhidin dəfn mərasimində şəhər rəhbərliyi, şəhidin qulluq keçdiyi hərbi hissənin əsgər və zabitləri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər. Dəfn mərasimində izdiham yaşanıb. Çıxışlarda düşmənin genişmiqyaslı təxribatın qarşısının qətiyyətlə alındığı, şəhidlərimizin qanının yerdə qalmadığı vurğulanıb. 19 yaşlı Nihat Qasımov ötən ilin aprel ayından Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmətə başlayıb. Şəhidin cənazəsi Kiçik Dəhnə kəndindəki ”Şəhidlər xiyabanı”nda torpağa tapşırılıb, məzarı üstünə əklil və tər qərənfillər qoyulub. Azərbaycanın Dövlət Himni səsləndirilib. Tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı ailəsinə təqdim edilib. Sonda şəhidin xatirəsinə yaylım atəşı açılıb. Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət etmiş hərbi qulluqçusu, əsgər Lətifov Fərid Qiyas oğlu Şəki şəhərində torpağa tapşırılıb. 21 yaşlı Fərid Lətifov "Şəhidlərin Xatirə Kompleksi"nin yerləşdiyi şəhər qəbristanlığında dəfn olunub. Şəhər rəhbərliyinin, şəhidin qulluq keçdiyi hərbi hissənin əsgər və zabitlərinin, rayon ictimaiyyəti nümayəndələrinin, şəfər sakinlərinin iştirak etdiyi dəfn mərasimində izdiham yaşanıb. Mərasimdə Azərbaycanın Dövlət Himni səsləndirilib, tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim edilib, şəhidin xatirəsinə yaylım atəşı açılıb. ŞƏHİDLƏR Bu şeir 2022-ci il sentyabrın 12- dən 13-ə keçən gecə Azərbaycanın bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsinə həsr olunmuşdur. Qəfil mərmi səsi, qəfil top səsi, Səngərdə yerini aldı igidlər. Dələndə köksünü namərd gülləsi, Əbədi yuxuya daldı igidlər. El-obamız qara açdı səhəri, Bürüdü ölkəni şəhid xəbəri. Göstərib yağıya əsl hünəri, Düşməni yerinə çaxdı Şəhidlər. Qanları torpağa tökülən zaman, Vətən göylərini tutdu sis-duman. Bir əlində bayraq, bir əldə Quran, Haqqın dərgahına qalxdı Şəhidlər. Vətəni canından tutdular uca, Vətən binasını qoymazlar uça. Vətən göylərinə nur saça-saça, Adını tarixə yazdı Şəhidlər. Analar nə qədər saçını yolsun? Neçə qız, gəlinin həyatı solsun? Atası deyəndə:-Vətən sağ olsun! Göylərdən qürurla baxdı Şəhidlər. Bu qədər qanlara torpaq doymadı? Ananı baladan ayrı qoymadı. Baladan doymadı, yardan doymadı, Vətənin qeydinə qaldı Şəhidlər. Oğlunun xəbəri ataya zərbə, Atanın ürəyi dözmədi dərdə. Gedərkən əbədi ölümsüzlüyə, Atasın yanına aldı Şəhidlər. Halal edin haqqınızı bizlərə, Biz bir ömür borclu qaldıq sizlərə. Canlarını verib qurban Vətənə, Cənnətdə məkanın saldı Şəhidlər. Şadman Bəlqiyaslı, Oxud kəndi, XI sinif şagirdi


Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq incəsənət və musiqi məktəblərinə 2022-2023-cü tədris ili üzrə birinci siniflərə qəbul imtahanları keçirilib. Regional idarədən bildirilib ki, Şəki şəhər 3 və 4 nömrəli uşaq musiqi məktəblərində keçirilən imtahanların gedişində Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Azər Yusubov da iştirak edib. Eyni zamanda, Zaqatala və Qax şəhər uşaq incəsənət məktəblərində də idarənin həmin rayonlar üzrə baş məsləhətçilərinin və qəbul komissiyası üzvlərinin iştirakı ilə imtahanlar keçirilib. İmtahanlarda uğur qazanan şagirdlər uşaq incəsənət və musiqi məktəblərində təhsil almaq imkanı əldə ediblər. Ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə əldə etmiş məzunlarla görüş Sentyabrın 12-də Şəkidə bu il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə əldə etmiş məzunlarla görüş keçirilib. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki rayon komitəsinin təşkilatçılığı ilə keçirilən görüşdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev, Şəki -Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Şəki Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənov, İdarənin Tədrisin keyfiyyəti sektorunun müdiri Bəhruz Nəbili, Şəki rayonu üzrə təhsil sektorunun əməkdaşları, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva, məktəb direktorları və yüksək ballı məzunlar iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb. Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev tələbə adını qazanan məzunları təbrik edərək, onlara milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, savadlı gənclər olaraq ölkəmizin sosial-iqtisadi və mədəni həyatında aktiv iştirak etmələrini arzulayıb. Qeyd edib ki, təhsilə göstərilən dövlət qayğısının nəticəsi olaraq, bu il region məzunları ali məktəblərə qəbul imtahanlarında uğurlu nəticələr qazanıblar. Şəki şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov tələbə adını qazanmış məzunları təbrik edərək, onlara gələcək həyatlarında və təhsillərində uğurlar arzulayıb. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev çıxış edərək tələbə adını qazanmış məzunları təbrik edərək, onlara gələcək həyatlarında və təhsillərində uğurlar arzulayıb, dövlətimizin daha da qüdrətlənməsi və inkişafı üçün təhsil alacaqları təhsil müəssisələrində biliklər qazanmalarını tövsiyə edib. Daha sonra ali məktəblərə qəbul imtahanlarında Şəki rayonu üzrə ən yüksək nəticə göstərən ümman Məmmədov çıxış edərək göstərilən qayğıya görə minnətdarlıq bildirib. Sonda yüksək nəticə göstərən məzunlara fəxri fərman və hədiyyələr verilib. Qeyd edək ki, Şəki rayonu üzrə ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 1251 nəfər məzundan artıq 800 nəfər tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 163 nəfəri 500-700 arası, o cümlədən 51 nəfər 600 baldan yuxarı nəticə göstərib. Şimal-qərb zonası təhsil işçilərinin sentyabr konfransı keçirilib Sentyabrın 12-də Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən konfransda Elm və Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında çalışan təhsil işçiləri iştirak ediblər. Regional Təhsil İdarəsindən bildirilib ki, tədbirdən öncə qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransı Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev açaraq, təhsil işçilərini tədris ilinin başlanması münasibətilə təbrik edib, yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunub. Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxışında ötən tədris ilində Şəki rayonunda təhsil sahəsində qazanılan nailiyyətlərdən bəhs edib. Elm və Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev 2022-2026-cı illər üzrə təhsil strategiyasının məzmunu ilə bağlı konfrans iştirakçılarına məlumat verib. Nazirliyin rəsmisi Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin 2021-2022-ci il tədris ili üzrə göstəricilərinə dair statistik məlumatları iştirakçıların diqqətinə çatdırıb, növbəti illərdə qarşıda duran ən vacib məsələlər və hədəfləri qeyd edib. Konfransın sonunda yeni tədris ilinin prioritet məsələləri haqqında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib, suallar cavablandırılıb. SENTYABR 2022 № 18-19 (11662) ŞƏKİ 7 Şəki, Zaqatala və Qaxda uşaq incəsənət və musiqi məktəblərinə qəbul imtahanları keçirilib


994 55) 238-27-24 8 ƏZİZ DOST, SƏN ŞƏKİNİ SEVİRSƏNSƏ, NİYƏ “ŞƏKİ” QƏZETİNƏ ABUNƏ YAZILMIRSAN?! QƏZETƏ ABUNƏ YAZILIŞI DAVAM EDİR. İCRA NÜMAYƏNDƏLƏRİ, BƏLƏDİYYƏ SƏDRLƏRİ, İDARƏ, MÜƏSSİSƏ VƏ TƏŞKİLAT RƏHBƏRLƏRİNİN NƏZƏRİNƏ! Qeyd olunan qurumlar və vətəndaşlar “Şəki” qəzetinə abunə olmaq üçün ya qəzetin redaksiyasına, ya da Şəki Regional Poçt Filialına müraciət edə bilərlər. Belə olduqda, poçtalyonlar qəzeti birbaşa qeydiyyatdan keçən ünvanlara çatdıracaqlar. “Şəki” qəzetinin redaksiyası ALLAH R Ə H M Ə T EL Ə S İ N ! Cəyirli kənd İcra Nümayəndəliyi və Bələdiyyəsinin, Cəyirli kənd məktəbinin və “Şəki” qəzeti redaksiyasının kollektivi İsmayılov Fərzalıya qayınatası, Ələsgərov Novruz Ziyad oğlunun vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir. Fermerlər indiyədək 2 min tondan çox quru tütün istehsal ediblər Bu il Şəki rayonunun təsərrüfatlarında 1250 hektar sahədə tütün əkilib. Şəkili fermerlər cari mövsümdə 917 hektar sahədə “Virciniya botaniki”, 333 hektarda isə yerli tütün sortları yetişdiriblər. Tütün əkini sahələri əvvəlki illə müqayisədə 9 hektar artıb. Hazırda təsərrüfatlarda tütün yığımı davam edir. İndiyədək rayonda fəaliyyət göstərən emal məntəqələrində, eləcə də fərdi təsərrüfatlarda dərilmiş yaş tütün kütləsindən 2032 ton quru tütün istehsal olunub. Bu barədə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib. Bildirilib ki, hazırda rayonda 350-dək fermer tütünçülüklə məşğul olur. Bu təsərrüfatlarda 1300 nəfərdən çox kənd sakininin məşğulluğu təmin olunub. Rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrində 246 ədəd tütünqurutma kamerası var. Eyni zamanda, yerli tütün sortları istehsalçılar tərəfindən ipə düzülərək də qurudulur. Xatırladaq ki, ötənilki mövsümdə şəkili fermerlər 1241 hektar sahədən 4150 ton quru tütün əldə ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 310 ton artıb. Turan qəsəbəsində seçicilərlə görüş Millət vəkili Cavanşir Feyziyev 115 saylı seçki dairəsində yerləşən Turan qəsəbəsinin sakinləri ilə görüşüb. Görüşdə qəsəbə sakini, Sosialist Əməyi Qəhrəmanı Baba Səmədov da iştirak edib. Turan qəsəbə sakinləri susuzluqdan əziyyət çəkdiklərini və əhalinin əsas məşğuliyyəti olan taxıl istehsalının bu il aşağı səviyyədə olduğunu bildiriblər. Taxıl əkini ilə məşğul olan fermerlər biçin mövsümünü ziyanla başa vurduqlarını qeyd edərək əkin sahələrinin suvarılması üçün lazımi tədbirlərin görülməsini xahiş ediblər. Qəsəbə sakini Əbdürrəhimov Neymət oğlu Hikmət Əbdürrəhimovun Vətən müharibəsində ağır yaralandığı, 2 ilə yaxın müalicə olunmağına baxmayaraq hələ də yeriyə bilməməsi haqqında məlumat verərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ona əlilliyin təyin olunması ilə bağlı problem yaşadıqlarını bildirdib. Müharibə əlilinin valideyni oğlunun səhhəti ilə bağlı tibb müəssisələrindən verilmiş sənədləri dəfələrlə Sosial müdafiə idarəsinə təqdim etməsinə baxmayaraq yataq xəstəsinə çevrilmiş oğluna əlillik dərəcəsinin təyin olunmasından heç bir səbəb göstərilmədən imtina edildiyini bildirib. Deputat işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıqquruculuq işləri haqqında ətraflı məlumat verərək regionların sosial-iqtisadi inkişafı ilə bağlı digər bölgələrdə, o cümlədən Şəkidə həyata keçirilən tədbirlərdən danışıb. Millət vəkili qaldırılan məsələlərlə bağlı müvafiq icra qurumlarına müraciət edəcəyinə və problemlərin həllinə çalışacağını bildirib. “Taxılçılıqda mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda bölgə müşavirəsi ölkənin ən böyük taxılçılıq rayonu olan Şəkidə Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə “Taxılçılıqda mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda bölgə müşavirəsi keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, müşavirədə nazirlik Aparatının, tabeli qurumların, elmi-tədqiqat institutlarının nümayəndələri, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarından olan 300-ə yaxın fermer iştirak edib. Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev bildirib ki, ölkədə kənd təsərrüfatının bütün sahələri kimi, taxılçılığın da inkişafına xüsusi diqqət yetirilir. Taxıl əkinləri subsidiyalaşdırılır, bu sahəyə dövlət dəstəyi mexanizmləri genişləndirilir, məhsuldarlığın artırılması, taxılçı fermerlərin gəlirlərinin artması üçün müvafiq tədbirlər görülür. Payızlıq əkinlər ərəfəsində nazirlik tərəfindən fermerlər arasında maarifləndirmə işləri aparılır, fermerlərin sertifikatlaşdırılmış keyfiyyətli toxuma çıxışını təmin etmək üçün toxum sərgi-satış yarmarkaları keçirilir. Fermerləri aqrotexniki qulluq qaydalarına davamlı riayət etməyə, əkin materialı kimi sertifikatlı toxumlardan istifadə etməyə çağıran Aparat rəhbəri yeni əkin mövsümü ərəfəsində taxılçı fermerlərə uğurlar diləyib. Müşavirədə torpaq-iqlim xüsusiyyətləri nəzərə alınmaqla əkin sahələrinin vaxtında şumlanması, torpaqda olan nəmliyin maksimum dərəcədə qorunması, düzgün toxum seçimi, aqrotexniki qulluq qaydalarının vaxtında və düzgün aparılması, payızlıq əkin bəyanlarının dekabrın 31-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edilməsi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, fermerləri maraqlandıran suallar cavablandırılıb, səsləndirilən təkliflər qeydə alınıb. Daha sonra 2021/2022-ci il taxıl mövsümündə yüksək məhsuldarlıq əldə edən, biçin prosesində fərqlənən fermer və mexanizatorlar nazirliyin diplomları ilə təltif olunublar. Şəki Şəhər İcra Hakimiyyəti başçısı Aparatının kollektivi Əşrəf, İlham Məmmədovlara və Filman Rəsulova, əzizləri Bəlyar müəllimin vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir. Şəki Rayon Polis Şöbəsinin və Mühafizə Polisinin kollektivi İlham Məmmədova, atası Bəlyar müəllimin vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir. “Şəki” qəzeti redaksiyasının kollektivi Əşrəf, İlham Məmmədovlara və Filman Rəsulova, əzizləri Bəlyar müəllimin vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir. Baş Zəyzid kənd İcra Nümayəndəliyi və Bələdiyyəsinin kollektivləri Bəlyar Məmmədovun vəfatı ilə əlaqədar ailəsinə və yaxın qohumlarına dərin hüznlə başsağlığı verir. Şəki Şəhər İcra Hakimiyyəti başçısı Aparatının kollektivi Teymur Teymurovun vəfatı ilə əlaqədar ailəsinə və yaxın qohumlarına dərin hüznlə başsağlığı verir.


Get in touch

Social

© Copyright 2013 - 2024 MYDOKUMENT.COM - All rights reserved.